PLATFORMA QIRIŞIQLIĞI

platformalarda adətən yer qabığının iri günbəzvari, yaxud tirə şəkilli, bəzən də umumi istiqaməti olmayan asimmetrik maili əyrilərdən, diapir qırışıq və fleksuradan ibarət olan qırışıqların cəmi. Iri günbəzlər və tirələr daha kiçik strukturlarla: günbəzlərlə, xətti antiklinal və sinklinal qırışıqlarla, həmçinin də qırılmalarla mürəkkəbləşir. платформенная складчатость platform folds
PLATFORMA DÜZƏNLİYİ
PLATFORMA ÖRTÜYÜ
OBASTAN VİKİ
Platforma
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Alp qırışıqlığı
Alp qırışıqlığı — Yer qabığı təbəqələrində Kaynozoy və qismən Mezozoy eralarında əmələ gəlmiş qırışıqlıq. İlk dəfə Alp dağlarında öyrənildiyindən "Alp qırışıqlığı" adlandırılmışdır. Mezozoyun əvvəlindən başlamış, Neogendə şiddətlənmiş və kaynozoyun sonunda zəifləmişdir. Alp qırışıqlığı yenə də davam edir. Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir. İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlüs, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir. Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Baykal qırışıqlığı
Baykal qırışıqlığı, Şatski, 1932 - proterozoyun sonu (rifey kompleksi) — kembrinin başlanğıcında baş vermiş qırışıqlıq prosesləri. Baykal qırışıqlığı nəticəsində dünyanın müxtəlif yerlərində geniş əyalətlərin geosinklinal inkişafı başa çatmışdır. Baykal qırışıqlığı nəticəsində əmələ gələn geoloji qurumlar baykalidlər adlanır. Baykal qırışıqlığı vilayətləri Şimal-Şərqi Avropa platformasını, Sibir platformasının qərb hissənini (Turuxan zonası, Yenisey tirəsi, Yuxarı Sayan) əhatə edir. Baykalidlər habelə Hindistanda, Ərəbistan yarımadasında, Orta və Yaxın Şərqin alp strukturlarının özül çıxıntılarında qeyd edilir. Qərbi Avropada Baykal qırışıqlığı assint və kadom qırışıqları uyğundur. == Həmçinin bax == Sibir == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Hertsin qırışıqlığı
Platforma (coğrafiya)
Platforma — hamar forma deməkdir. Geosinklinaldan fərqli olaraq platforma yer qabığının nisbətən sabit, intruziv və effuzivlərlə qarışmış sahəsidir. Bura da tektonik fəaliyyət demək olar ki, heç müşahidə olunmur. Platformanın xarakterik xüsusiyyəti strukturunda 2 qatın aydın seçilməsidir: Altda — qırışıq qatı. Üstdə — çöküntü süxurlarının olduğu qat. Üst platforma qatının yuyulub getdiyi və alt qırışıq bünövrənin səthə çıxdığı sahələr qalxan, yaxud sipər adlanır. Qalxanlar əsasən qədim dağlıq yaylalardır (Braziliya, Qviana, Ərəbistan, Orta Sibir, Dekan, Şərqi Afrika, Efiopiya-Somali, Baltik, Labrador, Aldan, Anabar). Strukturunda hər iki qatın (qırışıq bünövrə və çöküntü qatı) ardıcıllıqla yerləşdiyi sahələr platforma tavası adlanır. Platforma tavaları adətən ovalıqlara uyğun gəlir. Məsələn, Amazon, Missisipi, La-Plata (Parana), Mesopotomiya, Qərbi Sibir, Hind-Qanq, Şərqi-Çin ovalıqları platforma tavalarıdır.
Platforma (dəqiqləşdirmə)
Platforma aşağıdakılara istinad edə bilər: Platforma (coğrafiya) — hündürlük. Platforma (ayaqqabı) — ayaqqıbının komponentlərindən biri. Platforma (neft) — neft buruqlarında istifadə olunan mürəkkəb kompleks. Platforma (vaqon) — dəmiryolu stansiyalarında xüsusi vaqonlar. Platforma (avtomobil) — avtomobilin əsas komponenti. Platforma (roman) — Fransız yazıçısı Mişel Uelbekin romanı (2001). Siyasi platforma — siyasətdə termin. Platforma (hesablama texnikası) — hesablama texnikasında istifadə olunan aparat və proqram təminatı.
Platforma sahələri
Platforma sahələri— Platformalar Yer qabığının qədim,nisbətən sabit və hamar sahələrdir.Onlar geosinklinallar sahəsində yaranan dalğaların sonrakı mərhələlərdə uçub dağılması və hamar sahələrə çevrildiyi zaman əmələ gəlir.Onun əsasını qırışıqlıq,metomorfizm və intruzivlərlə bərkmiş süxrlar təşkil edir.Platformalar iki təbəqədən ibarət olur.Birinci, üst təbəqədə 3–4 km qalınlıqda olan çöküntü süxurları yerləşir.Bu süxurların dəniz və materik mənşəli olması onların hərəkitini,yəni okean dibinin qalxaraq quru sahələrinə çevrilməsi və ya əksinə prosesin geetdiyini sübut edir. Çökmə süxurların altında yerləşən bərk, kristallik süxurlardan ibarət olan sahələr isə platformanın özülü və ya bünövrəsi adlanır. Platformanın özülü qədim geosinklinalın qalığı olduğundan qırışıq olur. Xarici qüvvələrin təsiri ilə qırışıqlığın səthə çıxan kristallik bünövrə qalxan və ya sipər adlanır. Qalxanların üzərində çökmə mənşəli süxurlar çox nazik olur. Platformanın qalxanlarına misal olaraq Şərqi Avropa platformasında Baltik və Ukrayna qalxanlarını, Şimali Amerika platformasında Kanada qalxanını, Sibir platformasında Aldan və Anabar qalxanını və s. göstərmək olar. Cənubi Amerika platformasında Braziliya və Qviana qalxanları yerləşir. Platformaın səthində çöküntü süxurları ilə örtülmüş əyilmə sahələri tava adlanır. Platformalarda Yer qabığının bir neçə yüz kilometr uzunluğuunda olan az meyilli,oval formalı enmə sahələrinə sinekliz(yun.syn-birlikdə, enkli-sis toplama) deyilir.
Platforma oyunu
Platforma oyunu və ya platformer (ing. platformer game, platformer) — əsas məqsədi, oyunçunun (personajın) vizual mühitdə bir nöqtədən o biri nöqtəyə yerdəyişməsi olan video- və ya kompüter oyun janrı və action oyunlarının subjanrı (yarım janrı). Platform oyunlarını çox zaman sadələşmiş şəkildə platformer və ya "hoppan və qaç" kimi də adlandırırlar. Oyun prosesinin əsasını, öz məqsədinə çatmaq üçün səviyyələri keçmək və ya düşmənlər üzərində qələbə çalmaq üçün platformlarda hoppannmaq, pilləkən, nərdivanlara qalxmaq və ya sallanmaq, əşyalar yığmaq, divardan atdanmaq, göydə sıçramaq və ya sürüşmək, toplardan atəş açmaq, tramplin və ya batutda hoppanmaq kimi tələblər təşkil edir. Səviyyələr və ətraf mühit düz olmayan ərazilərə və asılmış platformlar müxtəlif səviyyələrə malik olduğundan personajdan (oyunçudan) onları keçib hərəkət etməsi üçün xsusi qabiliyyətlər tələb edir. Hoppanmaqları, tullanmaqları tam avtomatlaşdırılmışdır. Məsələn, The Legend of Zelda seriyasından olan 3D-oyunları kimi oyunlar bu janrın çərçivəsindən kənara çıxır.
KAUR (kosmik platforma)
KAUR (rus. КАУР; Космический Аппарат Унифицированного Ряда) — unifikasiya edilmiş kosmik platforma üçün ümumi ad. XX əsrin 60-cı illərində akademik M. F. Reşetnyova adına İnformasion Peyk sistemləri Açıq Səhmdar Cəmiyyətin bazasında qurulub. Cəmi 4 peyk platforması işlənib: KAUR-1, −2, −3 və −4. 1965-ci ildən 2009-cu ilədək bu platformaların və onların modernləşdirilmiş variantlarının əsasında 400-dən çox həm hərbi, həm də mülki təyinatlı peyk əlaqəsi qurulub. 2000-ci ilin əvvəllərindən başlayaraq Kaur-4 modernizasiya edilmiş platforması əvəzinə "Ekspress" peyk platformaları ailəsinin işlənilməsinə başlandı. Onların da bazasında yeni perspektiv kosmik aparatlar qurulacaq. 1963-cü ildə radionaviqasiyalı sistemlərin işlənilməsinə başlandı. Nəticədə, "Tsiklon" peyki yaradıldı. Bu peykin konstruksiyası gələcəkdə bütövlüklə müxtəlif təyinatlı KA ailəsinin varisi oldu.
Platforma (film, 2019)
Platforma (ing. The Platform) — 2019-cu ildə çəkilmiş İspaniya filmi. Qorenq könüllü olaraq platformaya daxil olur, siqareti atıb həbsxanadan diplom almağı düşünür, lakin sistemin necə işlədiyini bilmir. Yuxudan duranda otaq yoldaşından sistemin nə olduğunu və necə işlədiyini öyrənir. “Delik” adlanan həbsxanada yerləri hər 30 gündən bir təsadüfi dəyişdirilən məhbuslar 1-ci mərtəbədən 333-cü mərtəbəyə kimi iki nəfərlik otaqlarda saxlanılır. Bundan əlavə, məhbuslara əşya seçmək hüququ verilir. Qorenq Servantesin Don Kixotu seçdi. Həbsxanaya girməzdən əvvəl hər kəsdən sevimli yeməkləri və özləri ilə gətirmək istədikləri şeylər barədə soruşurlar. İnsanların sevimli yeməkləri platformanın menyusuna əlavə edilir və insanlar özləri ilə istədikləri əşyanı götürərək həbsxanaya daxil olurlar. Otaqların ortasında boşluq var və gündə bir dəfə bu boşluqdan yemək enir.